“Facebook”a növbəti zərbə - İŞÇİLƏR İSTEFA VERİR

  • By admin
  • 14 Aprel 2018 22:28

Facebook mühəndisləri Instagram və WhatsApp departamentlərinə keçməyə başlayıb.

Gununsesi.info xəbər verir ki, Cambridge Analytica skandalından sonra işçilər digər platformalarda işləmək üçün Facebook-da müraciət edib.

The New York Times-a görə, transfer tələbləri qəbul edilməyən bəzi mühəndislər Facebook-dan istefa verməyə başlayıb.

Bu mühəndislərdən biri də keçmiş Facebook məhsulu dizayneri Westin Lohne-dir.

O, Instagram və ya WhatsApp-ə getmək yerinə birbaşa istefa edənlərdəndir.

Lohne mövzuyla əlaqədar paylaşdığı bir tweet-də belə deyib:

“Orada mənəvi, əxlaqi baxımdan bir məhsul dizaynçısı olaraq işə davam etmək çox çətin idi.”

Sabah Facebook-un CEO-su Mark Zuckerberg ABŞ Konqresində skandalı ifadə verəcək.

Gununsesi.info