“Facebook”da əhalinin həssas qruplarına pulsuz hüquq xidmət göstərilir - AÇIQLAMA

  • By admin
  • 24 Oktyabr 2022 11:13

 

“Hüquq və İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi dəstəyi ilə “Əhalinin həssas sosial qruplarına pulsuz hüquqi yardımın göstərilməsi” layihəsi çərçivəsində aztəminatlı ailələrə, şəhid ailələrinə, pensiyaçılara, qadınlara, o cümlədən məişət zorakılığına məruz qalmış qadınlara hüquq xidmətləri göstərir.

Bu barədə Gununsesi.info-ya “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri tanınmış vəkil Hafiz Həsənov bildirib.

Onun sözləribnə görə, hüquqi yardım xidmətlərinə müraciətlər birbaşa, telefonla,Vatsap vasitəsi ilə və “Hüquqlarımızı bilək” Feysbuk səhifəsi ilə həyata keçirilib: “Hüquqi yardım xidmətləri üçün indiyədək  ümumilikdə 158 müraciət edilib. Bunlardan 73-ü birbaşa, telefonla və Vatsap vasitəsi ilə, 85-i isə, “Hüquqlarımızı bilək” Feysbuk səhifəsi vasitəsi ilə edilib,

Bu müraciətlərin 91-i üzrə  yazılı və şifahi hüquq məsləhətlər verilib və ayrı-ayrı hüquq normaları və qaydalar izah edilib, 67 müraciət üzrə isə, dövlət (inzibati) orqanlarına və məhkəmələrə ərizələr, iddia ərizələri, apellyasiya və kassasiya şikayətləri və digər hüquqi sənədlər hazırlanıb. Bunlarla yanaşı, hüquqlarının məhkəmələrdə müdafiəsinə daha çox ehtiyac olan şəxslərlərin hüquqları birinci instansiya, apellyasiya və kassasiya instansiyalarında müdafiə olunub. Əhalinin həssas sosial qruplarına pulsuz hüquqi yardımın göstərilməsi” eyni zamanda “Hüquqlarımızı bilək” Feysbuk səhifəsində həssas əhali qruplarının hüquqi məlumatlılığının artırılması məqsədilə hüquqi maarifçilik işi aparılır.

Burada Feysbuk səhifəsində hüquq maarifçiliyi üzrə fəaliyyət hüquqi məlumatlandırma xarakterli materialların, sosial hüquqlarla bağlı qanunvericilik aktlarının, qanunvericiliyə dəyişikliklərin feysbuk səhifəsində yerləşdirilməsi, qanunların  və sosial hüquqların həyata keçirilməsi üzrə qaydaların izahı, sosial hüquqların həyata keçirilməsi və müdafiəsi qaydalarının, onların hüquqi mexanizmlərinin verilməsi, sosial hüquqlar sahəsində müvafiq dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlər, məlumatlandırma xarakterli qısa sual-cavablar və s. kimi məlumatların verilməsi formasında həyata keçirilir”.

Qeyd edək ki, layihənin bu il oktyabrın sonunda başa çatması nəzərdə tutulsa da, başa çatmamış hüquqi yardım xidmətləri davam etdiriələcək.

 

Günay Təhməzova 

Gununsesi.info