“Facebook”da çat-botlar öz “dillərini” yaratdı…

  • By Mayil
  • 01 Avqust 2017 22:20

face

“Facebook”un proqramçıları süni intellekt əsasında yaradılan çat-botları deaktiv ediblər.

Gununsesi.info xəbər verir ki, məlumata görə, ilk öncə bütün çat botlar bir-biri ilə ingilis dilində ünsiyyət qurublar. Amma tezliklə çat-botlar öz aralarında daha sürətli ünsiyyət üçün yeni dil yaradıblar. Bu, çat-botların deaktiv edilməsinə səbəb olub. Proqramçılar bu addımı layihənin məqsədinə zidd olması ilə izah ediblər. Mütəxəssislər süni intellektin digər agentlərini yalnız ingilis dilində ünsiyyət üçün yenidən proqramlaşdırıb.

Bu sosial şəbəkənin yaradıcısı Mark Zukerberq əmindir ki, süni intellekt bəşəriyyətin gələcəyini yaxşılaşdırmağa kömək edəcək, hərçənd bir çoxu bu fikirdədir ki, süni intellekt böyük təhlükədir.

Gununsesi.info