Quba rayon sakini intihar edib.
Gununsesi.info-nun APA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, rayonun Xaltan kənd sakini, 1961-ci il təvəllüdlü Bayram Seyidov özünü yaşadığı evdə asıb. İntiharın səbəbləri məlum deyil.
İntihar etməzdən öncə o bu barədə “Facebook” səhifəsində yazıb.
Uzun müddət müəllim işləmiş B. Seyidov təqaüddə olub.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar aparılır.
Gununsesi.info