“Facebook” sosial şəbəkəsi xüsusi xidmət orqanları tərəfindən izlənilən üzvlərinin siyahısını hazırlayıb.
Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, şəbəkə rəhbərləri bunun qarşısını almaq üçün artıq yeni texnikanı işə salıb.
Belə ki, “Facebook” izlənildiyinizi sizə həmən qısa mesajla bildirir. Əgər “Facebook”a daxil olan zaman “Hesabınızın təhlükəsizliyini yoxlayın” başlıqlı pəncərə açılıbsa, deməli, sizi kimsə izləyir. Bu sizin şəxsi məlumatlarınızın yoxlandığı, başqaları tərəfindən baxıldığı anlamına gəlir.
“Facebook”un təhlükəsizlik rəhbəri Aleks Stamoks bildirib ki, bu günlərdə izlənildiyindən şübhələndiyimiz hesabların təhlükəsizliyi üçün yeni addımlar atırıq: “Bunlardan biri izlənildiyi, ya da hücuma məruz qalacağını düşündüyümüz hesabların sahiblərini bir mesajla xəbərdar etməkdir”.
Bu cür halların qarşını almaq üçün görülən tədbirlərə gəlincə, o bildirib ki, əgər hesabınızın təqib altında olmasını istəmirsinizsə, yeni hasab açın. Bu prosesi hətta başqa bir şəbəkədən, yeni bir komputerlə həyata keçirməyiniz məqsədə uyğundur.
Gülnaz Qənbərli
Gununsesi.info