“Facebook”un gəlirləri  AÇIQLANDI

  • By admin
  • 26 Oktyabr 2021 09:36

“Facebook” şirkətinin gəliri bu ilin üçüncü rübündə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35 faiz artıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə şirkətin saytındakı açıqlamada deyilir.

Məlumata əsasən, sentyabrın 30-da başa çatan üç aylıq dövrdə “Facebook”un gəliri 29 milyard dollar təşkil edib. 2020-ci ilin üçüncü rübü üzrə şirkət 21,4 milyard dollar gəlir əldə etmişdi. “Facebook”un ötən rübdə xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 9,19 milyard dollar təşkil edib.

Şirkətin ayda ən azı bir dəfə sosial şəbəkəyə daxil olan istifadəçilərinin sayı dünya üzrə 2,91 milyard nəfər təşkil edib. Hesabat dövründə 1,93 milyard insan “Facebook”dan gündə ən azı bir dəfə istifadə edib. Bu göstəricilərin hər ikisi 2020-ci ilin üçüncü rübü ilə müqayisədə 6 faiz daha çoxdur.

Gununsesi.info