“Facebook”un ictimai çəkisi azala bilər - OSMAN GÜNDÜZ

  • By admin
  • 24 Yanvar 2018 16:02

Sosial media bu gün həyatımızın bir parçasına çevrilib. Feysbuk, Tviter və digər sosial şəbəkələr bir anda milyonlarla insanı bir-birinə bağlayır. Xüsusilə, Azərbaycand feysbuk ən populyar sosial şəbəkə növüdür. Bunların həyatımıza təsiri nə vaxtsa azal bilərmi?

Gununsesi.info Multimedia Mərkəzinin rəhbəri Osman Gündüzə istinadən xəbər verir ki, internet ənənəvi medianı iflasdan xilas etdi: “Yəni, az qala ölüb getməkdə olan, heç bir nüsxəsini də sata bilməyən hansısa bir qəzet və ya jurnal internetə inteqrasiya etməklə ayaqda dura bilmişdi.

İnternet inkişaf etdikcə bloqçuluq ciddi inkişaf etməyə başladı, bloqu olmayana az qala geridə qalmış birisi olaraq yanaşmağa başladılar. “Bloqçu yoxsa jurnalist” mövzusunda ictimai müzakirələr baş alıb getdi. Və nəticədə ölkəmizdə nəhəng bir bloqosfera formalaşdı.

Sonradan isə sosial media, Facebook, Twitter, Youtube və s. ciddi inkişaf etməyə başladı . Bu zaman ənənəvi media və internet media sosial media hesabları açmaqla, sosial mediaya inteqrasiya etməklə daha da oturuşdu. Nəticədə nəhəng bir internet media və sosial media sektoru formalaşdı.
Bununla belə bu mərhələdə internet media və sosial media o qədər inkişaf etdi ki klassik bloqçuluğu, bloqu, bütövlükdə bloqosferanı iflasa uğratdı”.

Mərkəzin direktoru deyir ki, indi yeni bir mərhələ gəlir: “Feysbuk rəhbərliyi yeni bir konsepsiya irəli sürüb. Bu konsepsiyaya görə Facebook internet media üçün, korporativ sektor üçün müəyyən qədər qapalı olacaq. Artıq bu, indidən hiss olunmağa başlayıb. Yəni bu sosial media resursunda media qurumlarının xəbərləri, şirkətlərin paylaşımları, korporativ paylaşmalar görsənməyəcək. Onların Feysbukdan əvvəlki qaydada geniş istifadəsi mümkünsüz olacaq. Özəl kontent ön plana çıxacaq.

Beləliklə də bizim feysbuk istifadəçilərimiz də hər gün gördükləri xəbər linklərini, video linkləri öz facebook səhifələrində görməyəcəklər” .

Nə üçün Mark bu qərara gəlib? 

O.Gündüzün iddiasına görə, əslində bunun kökü hazırda ABŞ- da prezident Trampın seçkisində “rus barmağı” faktoruna qarşı demokratların apardığı və indiyədək də əl çəkmədikləri mübarizə ilə bağlıdır: “Demokratlar Trampın qalib gəlməsində rusların sosial media vasitəsilə apardıqları nəhəng bir kampaniyanın həlledici rolunun olduğu iddiasındadırlar. Və belə görünür ki Mark feysbuku trollardan, kənar təsirlərdən, saxta xəbərlərdən və s. qorumağa, ictimai-siyasi proseslərə süni təsirlərini azaltmağa qərar verib. Yəni görünən budur ki, Mark adi istiadəçiyə daha çox üsütnlük verməyi düşünür, nəinki hansısa sirkətin, media qurumunun linkinə. Markın yanaşmasına görə o, feysbuku korportaiv təsirlərdən, şirkət, redaksiya, agentlik ekspansiyasından azad etmək və adi istifədəçilərin ixtiyarına vermək iddiasındadır”.

Mütəxəssisin fikrincə, feysbuk rəhbərliyinin bu addımı, ümumiyyətlə, informasiya mühitinə, informasiya əldə edilməsinə mənfi təsrlər göstərəcək: “Xüsusən də bizim ölkədə Facebook ciddi bir informasiya mənbəyinə, ictimai müzakirələr platformasına çevrilib.

Düşünürəm ki Markın bu addımı elə bizim ölkədə də “Facebook”un ictimai rəyə təsir imkanlarını, ümumilikdə isə onun ictimai çəkisini azalda bilər.
Eyni zamanda düşünürəm ki, “Facebook”un bu addımı rəqəmsal sektorda ciddi dəyişikliklər edəcək. Hətta ola bilər ki bu cür inkişaf tendensiyası daha bir fəaliyyət sahəsini də arxivə göndərsin. İlk növbədə əziyyət çəkən, düşünürəm ki rəqəmsal biznes sektoru, internet marketinq sektoru ola bilər. Bütövlükdə rəqəmsal biznes üçün bu reforma mənfi təsir göstərəcək. Ölkəmizdə son zamanlar yetərincə inkişaf edən SMM və rəqəmsal marketing sahəsi üçün yeni inkişaf modelləri üzərində düşünmək lazım gələcək”.

Vüsalə Rüstəmova

Gununsesi.info