
Kolumbiyanın Kartaxena şəhərindəki “Boquilla Beach”də dəhşətli hadisə yaşanıb. Tətilə getdiyi çimərlikdə mənzərənin, dənizin və qumun ləzzətini çıxarmaq istəyən Froilanis Maireth Rivas Roman dəhşətli şəkildə ölüb.
Gununsesi.info xəbər verir ki, bir neçə saniyə ərzində ildırım 34 yaşlı qadını vurub. Təhlükəsizlik kameralarına anbaan düşən görüntülərdə qadının ildırım vurduqdan sonra yıxıldığı görünür. Bu zaman qadının yanından keçən polis əməkdaşı qorxusundan özünü yerə atıb.
Bölgədəki digər istirahət edənlərin səhhətinin yaxşı olduğu bildirilərkən, Romanın hadisə yerində öldüyü açıqlanıb.
Kolumbiya səlahiyyətliləri belə hadisələrin çox tez-tez baş verdiyini və ildırım vurması nəticəsində ölənlərin nisbətinin 10 faiz olduğunu bildirib. Rəsmi məlumatlara görə, ildırım vurma ehtimalı milyonda bir olaraq qeyd olunur.
Santander Texniki Universitetinin alimləri ölkədəki çoxlu dağların ildırım vurmasına səbəb olduğunu açıqlayıb. Alimlər bildiriblər ki, “Kolumbiya dünyada ildırımların ən çox baş verdiyi bölgələrdən biridir. Risk xüsusilə kənd yerlərində yüksəkdir”.
Gununsesi.info