Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Arda Öziri motosiklet qəzasında dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, 40 yaşlı aktyorun sevgilisi Vildan Örnek onu göz yaşları içində yad edib:
“Həyat yoldaşım, dostum, sirdaşım, nə çox şey oldun həyatımda. Həyatıma girdiyin ilk gündən bəri (27.05.2012) indi tam 6 il sonra səni eyni gündə itirdim. Acım sözlə ifadə olunmur. Sən atana qovuşduğun bir gün biz də sənə qovuşacağıq. Həyatıma qatdıqların üçün sənə min dəfə təşəkkür edirəm, gözəl insan”.