
Türkiyədə güclü yağış və daşqınlar 10-dan artq evi, bir neçə körpünü dağıtdı. Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Ordu vilayətində güclü yağış daşqınlara səbəb olub. Güclü yağış təssərrüftla yanaşı əhalinin mülkiyyətində də ciddi ziyan vurub. Nəticədə 10-dan artı ev uçub, körpülər dağılıb, vətəndaşların maşınlarını sel aparıb və su altında qalıb.Sel əsasən Ordu vilayətinin Fatsa, Perşembe, Gurgentəpə və Çatalpınar yaşayış məntəqlərinə ziyan vurub. Güclü yağış bu məntəqlərə gələn yolları bağlayıb.
Ordu valisi İrfan Balkanlıoğlu və Böyükşəhər Bələdiyyə başkanı Ənvər Yılmaz güclü yağış yağan mənətəqələrdə olublar. Bələdiyyə başkanı Ənvər Yılmaz deyib ki, 16 yaşayış mənətəqəsində yağış ciddi fəsadlara yol açıb və yollardakı körpülər uçub: “Yollarda nəqliyyatın hərəkəti dayanıb. Fatsa da 12-13 nəfər çox çıxılmaz vəziyyətə düşmüşdü və onlar Fövqəladə hallar nazirlyinin helikopterlri ilə qurtarıldı. Dağılan evlər isə tərəfimizdən yenidən tikiləcək”.
Gununsesi.info