
Bu gün Bakı Apellyasiya məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə AXCP sədrinin köməkçisi, Azadlıq qəzetinin direktoru Faiq Əmirovun məhkəmə prosesi keçirilib.
Gununsesi.info xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı Nəsimi rayon məhkəməsinin qərarından verilmiş şikayət təmin edilməyib. Vəkil Fəxrəddin Mehdiyev onun barəsindəki ittihamın əsassız olduğunu, bununla bağlı heç bir istintaq hərəkətinin aparılmamasını, eləcə də səhhətində ciddi problemlərin olmasını əsas gətirərək Faiq Əmirovun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Hakim isə prokror Səttar Rzayevin bir kəlmə “şikayət təmin edilməsin” fikrini üstün tutaraq Faiq Əmirlinin həbsdə qalması barədə qərar verib.
Gununsesi.info