AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə üzrə məhkəmənin vaxtı məlum olub.
Bu barədə Gununsesi.info-ya vəkil Aqil Layicov məlumat verib.
Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas yanvarın 16-na təyin edilib.
İşə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsində F.Əmirlinin barəsində seçilmiş həbs qətimkan tədbiri iki ay müddətinə uzadılıb.
Gununsesi.info