AXCP sədrinin köməkçisi, «Azadlıq» qəzetinin yayım direktoru Faiq Əmirlinin həbsdən ev dustaqlığına buraxılması istənilir. Fevralın 6-da bununla bağlı Nəsimi Rayon Məhkəməsinə vəsatət verilib.
Gununsesi.info xəbər verir ki, bu haqda onun vəkillərindən Aqil Layıc xəbər verib.
Vəkil deyib ki, F.Əmirlinin səhhəti hər gün pisləşir. «Onun durumundan prokurorluq da xəbərsiz deyil. Ümid edirəm ki, onu bu dəfə evə buraxacaqlar», – vəkil bildirib.
Bir aya yaxındır F.Əmirlinin səhhətində problemlər yarandığı bildirilir. Ötən həftə onun müalicəsinin səmərə vermədiyi, yemək yeyəndə qaytardığı açıqlanmışdı.
Gununsesi.info