Faiq Əmirlinin həbs müddəti uzadıldı

  • By admin
  • 06 Yanvar 2017 14:40

faiq

Nəsimi rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbsdə olan köməkçisi Faiq Əmirlinin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı prokurorluq orqanının verdiyi təqdimata baxılıb.

Gununsesi.info-nun məlumatına görə, prosesdə prokurorluğun təqdimatı təmin edilib və F.Əmirlinin barəsində həbs qərarının müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, F.Əmirli bu il avqustun 20-də saxlanılıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmək) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

Gununsesi.info