
Bu gün Səbail Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olan köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gununsesi.info xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə 8 şahid dindirilib.
Şahidlər bildiriblər ki, onlar “Azadlıq” qəzetinə reklam versələr də, F.Əmirlini tanımırlar və ona pul verməyiblər. Şahidlər qeyd ediblər ki, onlar “Azadlıq” qəzetində dərc olunan yazılara görə qəzetə ödəniş etməyiblər.
Prosesə gəlməyən daha bir şahid isə məhkəməyə teleqram göndərib. Teleqramda şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib.
Proses iyulun 17-də davam etdiriləcək.
Gununsesi.info