Faiq Əmirlinin vəsatətləri təmin edilmədi

  • By admin
  • 17 İyul 2017 15:26

faiq

Bu gün Səbail rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olan köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info-nun məlumatına görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə çıxış edən F.Əmirlinin vəkili Fəxrəddin Mehdiyev müvəkkilinin səhhətində ciddi problemlər olduğunu deyib. Vəkil qeyd edib ki, F.Əmirli hər dəfə məhkəməyə gətiriləndən sonra onun səhhəti pisləşir. F.Mehdiyev buna görə də məhkəmə istintaqının tez yekunlaşmasını istəyib.

Vəkil həmçinin prosesdə istintaq vaxtı dindirilməyən iki şahidin də dindirilməsini istəyib.

Prosesdə çıxış edən F.Əmirli səhhətinin yaxşı olmadığını, bir neçə xəstəlikdən əziyyət çəksiyini deyib.

Prosesdə vəsatətlər təmin olunmayb və məhkəmə prosesi iyulun 19-a təyin edilib.

Gununsesi.info