Faiq Ağayev unudulmuş mahnını üzə çıxardı

  • By admin
  • 17 Oktyabr 2016 12:30

faiq

Xalq artisti Faiq Ağayev azsaylı xalqlardan sayılan Talış xalq mahnısını  ifa etməyə hazırlaşır.

Gununsesi.info xəbər verir ki, müğənni  sözü gedən mahnını Rəşid Behbudovun ifasından ilhamlanaraq ifa etmək eşqinə düşüb.  Faiq Ağayev bu barədə sosial şəbəkədə yazaraq bildirib ki, mahnı “Zanqeyarım” adlanır. Uzun sürən arxiv araşdırmalarından sonra nadir ifanı xalq artisti Rəşid Behbudovun ifasından aşkar edərək üzə çıxarıb.

“Mahnını geniş tamaşaçı auditoriyasına ilk dəfə ötən əsrin 60 cı illərində  SSRİ xalq artisti dahi Rəşid Behbudov  təqdim etmişdir. Neçə zamandır ki, təqdim edəcəyim yeni mahnıdan xəbər verirəm sizə”.

Gununsesi.info