Faiq Ağayev Vikipediyada “ölmüş” göstərildi -Fotolar

  • By admin
  • 07 Oktyabr 2021 21:30

Xalq artisti Faiq Ağayevin Vikipediya məlumatlarına müdaxilə olunub.

Gununsesi. info xəbər verir ki, müğənnin şəxsi məlumatlarına “ölüm tarixi” əlavə olunub.

Bu barədə F.Ağayev sosial şəbəkədə bildirib:

“Son günlər ya erməni, ya da ki onların yeni nökərləri Azərbaycanın görkəmli artistlərinin Azərbaycan dilindəki Vikipediya məqalələrinə feyk ölüm məlumatları əlavə edirlər. Bu dezinformasiyalara uymayın. Artıq lazımi düzəlişlər etdik. Konkret mənim səhifəmə müdaxilə edən ünsürün İP ünvanı budur: 194.135.153.230”.

Xalq artisti hüquq-mühafizə orqanlarına müraciət edərək, həmin şəxs və ya şəxslərlə bağlı araşdırma aparılmasını xahiş edib.

Gununsesi. info