Faiq Ağayevdən Röya Ayxan və Abbas Bağırova ağır sözlər: "ONLARA BAXANDA ALLERGİYAM TUTUR"

  • By admin
  • 31 Oktyabr 2017 18:31

Xalq artisti Faiq Ağayevlə əməkdar artist Röya Ayxan arasındakı qalmaqala Abbas Bağırov da münasibət bildirmişdi.

Gununsesi.info-nun axşam.az-a istinadən verdiyi məlumata görə, Abbas açıqlamasında “Röya verdiyi konsertlərin sayı qədər Azərbaycanda ikinci müğənni tanımıram. Sən tələbatlı musiqiçi, sevimli Röyasan. Fonoqramlar qoy, özü üçün danışsın. Boş-boş danışanlara fikir vermə, Röya” sözlərini demişdi.

F.Ağayev “Xəzər maqazin”ə açıqlamasında qarşı tərəfin dediklərinə belə cavab verib: “Filankəsə söz atım gündəmə düşüm” kimi fikirlər yayılır. Anlamsız nəyinsə mənasını axtarmıram. Bir çoxları var ki, sinələrinə döyürlər. Onlara baxanda allergiyam tutur. Onlar sel kimi gəlir, çöküntü kimi qalır. Növbəti sel onları aparır. Hərə öz işi ilə məşğul olsun. İdman deyil, biz harasa çıxıb, qaçış edib, qiymət verək. Uşaq bağçasından başlayandan son mənzilə qədər insan hər yaşda olan adama hörməti saxlamalıdır. Bunu edən insan məzəmmət hədəfi olmayacaq”.

Qeyd edək ki, F.Ağayevin “Azərbaycanda konsertdən pul qazanan üç müğənnidən biri mənəm” sözlərinə Röya sərt reaksiya vermişdi. Müğənnilər arasında buna görə qalmaqal yaşanmışdı.

Gununsesi.info