Faiq Ağayevdən kinayəli sözlər: "Aş olan yerdə tumun yeri yoxdur"

  • By admin
  • 23 İyul 2017 15:17

faiq

Xalq artisti Faiq Ağayev bayağı mahnılardan və ifaçılardan danışıb.
Axşam.az-ın məlumatına görə, müğənni “Xəzər maqazin”ə açıqlamasında deyib ki, bu cür mahnılar müvəqqəti sevilir:

“Bu mahnıların yazılma mənbəyi mənə maraqlıdır. Harda və nə halda yazılır onlar?Oturub onu mətn kimi oxuyanda adamın gülməyi tutur. Orada üç not da yoxdur. Adam nə qədər gecə yuxuda gördüyünü mahnı edər? Tum çıtlamağa oxşayırlar. Aş olan yerdə tumun yeri yoxdur.

Özlərinə bəraət qazandırmaq üçün deyirlər xalq sevir. Sənətkar xalqın zövqü dalıyca getməməlidir. Sənətkar odur ki, zövqü formalaşdırsın. Bayağı musiqi ani xeyir gətirir, toylara dəvət edirlər. Amma bir-iki ay sonra yaddan çıxır. Musiqiçi on ili sonranı düşünməlidir. Nə vaxt ki, ödəməyə pul tapmayacaqlar, onda bu adət qırılacaq”.
Gununsesi.info