Azərbaycanın məşhur məşqçisi Faiq Qarayev əməliyyat olunub.
Gununsesi.info xəbər verir ki, qadınlardan ibarət voleybol üzrə Azərbaycan yığmasının baş məşqçisinin böyrəyində problem yaranıb və o, təcili əməliyyata alınıb.
Baş məşqçinin əməliyyat olunduqdan sonra vəziyyəti yaxşıdır. Bu barədə məlumat Federasiyadan təsdiq edilib.
Gununsesi.info