“Faktiki olaraq üçüncü dünya müharibəsi dövrünü yaşayırıq”   - NURSULTAN NAZARBAYEV

  • By admin
  • 28 Noyabr 2017 10:30

“Faktiki olaraq üçüncü dünya müharibəsi başlayıb”.

Gununsesi.info “islamnews.ru”ya istinadən xəbər verir ki, belə bir bəyanatla Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Astana klubu”nda “Böyük Avrasiya 2027:konfrantasiya və yaxud tərəfdaşlıq”  mövzusunda keçirilən müzakirələr çərçivəsində çıxış edib.

Nazarbayev bildirib ki, beynəlxalq terrorizm dünyada fəlakətli bir miqyas alıb: “Artıq beynəxalq terrorizm sərhəd tanımır. Bu gün dünyanın istənilən nöqtəsi dağıdıcı zərbələr üçün bir obyekt ola bilər. Üçüncü minilliyin başladığı ilk illərdən etibarən dünyada terror hadisələri və bu terror aktları nəticəsində ölənlərin sayı 10 dəfə artıb. Təkcə 2016-c ildə dünyanın 104 ölkəsində terror hadisəsi baş verib. Bu isə dünyanın yarısından çoxu deməkdir. Ona görə də bir bu terror  hadisələrinin baş verdiyi geniş miqyasa nəzər salanda belə bir fikri deməyə əsas verir ki, biz faktiki olaraq üçüncü dünya müharibəsi dövrünü yaşayırıq”.

Qeyd edək ki, “Astana klub” təkcə siyasətçilər və politoloqlar üçün bir görüş yeri deyil, eyni zamanda güclü bir beynəlxalq disskusiya platformasıdır. Hansı ki, bu klubun müzakirələrində mütəmadi olaraq  Qazaxıstan, Rusiya, Çin, Türkiyə, İran, ABŞ və Qərbi Avropanın  intellektual elitası toplanaraq müxtəlif mövzular ətrafında müzakirə aparır. Elə klubun sonuncu toplantısında da Sloveniya, Çexiya və Türkiyənin sabiq prezidentlərinin də iştirak etdiyi müzakirələrdə ABŞ-ın dəyişən qlobal siyasəti fonunda Avrasiya kontingentinin gələcəyi ətrafında fikir mübadiləsi aparılıb.

Gununsesi.info