Falçı oğru saxlanılıb

  • By admin
  • 05 Avqust 2016 11:30

falci

 

Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında falçılıq yolu ilə vətəndaşları qarət edən şəxsi saxlayıb.

Gununsesi.info xəbər verir ki, vətəndaşların şikayəti əsasında əməliyyat keçirən bölmə əməkdaşları əslən Lənkəran rayonundan olan 1975-ci il təvəllüdlü Səfərov Mikayıl Ağəli oğlunu qarət yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarını satarkən saxlayıb.

Polis bölməsinə gətirilən Mikayıl Səfərov cinayətini etiraf edib. İlkin ifadəsi zamanı o bildirib ki, respublikanın bir çox rayonunda kirayə ev axtarmaq adı ilə getdiyi evlərdə özünü falçı kimi təqdim edərək qızılla fala baxdığını bildirib. Saxlanılan Mikayıl əməlindən bizə də danışdı: “Rayonları gəzib kirayə ev axtarırdım. Ev tapanda özümü falçı kimi təqdim edərək xidmətlərimi təklif edirdim. Razı olanlardan fala baxmaq üçün qızıl lazım olduğunu deyirdim. Qızıl versələr onu boşqabda suyun içinə atıb üstünə ərinmiş şam tökürdüm. Sonra fala baxdıra harasa gedəndə tez şamı qoparıb içindəki qızılları götürürdüm. Sonra tapşırırdım ki, bu bir-iki gün qalmalıdır. Əl vurmayın, sonra açıb qızıllarınızı götürərsiniz“.

10-a yaxın vətəndaşı bu yolla aldadıb qarət etdiyini deyən M.Səfərov iki dəfə oğurluğa görə üst-üstə 14 il məhkumluq həyatı yaşadığını, falçılığı isə məhbəsdə olarkən oxuduğu kitabdan öyrəndiyini deyib: “İki  dəfə oğurluğa görə məhkum olmuşam, toplam 14 il həbsxana həyatı yaşamışam. Falçılığı birinci dəfə həbsxanaya düşəndə oxuduğum kitablardan öyrənmişəm”.

M.Səfərovun cinayət əməlindən zərərçəkən Səkinə Quliyevanın sözlərinə görə, M.Səfərov Anar adı ilə evinə gələrək əvvəlcə ev axtardığını sonra falçı olduğunu deyib.

Onun sözlərinə görə, azyaşlı xəstə nəvəsini sağaldacağı deyən falçı ona verilən qızılın az olduğunu deyəndən sonra evdə olan bütün qızılları gətirib ona vermək  məcburiyyətində qalıb:  Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Gördüyünüz bu şəxsin cinayət əməlindən zərərçəkənlərdən xahiş olunur ki, 18-ci polis bölməsinin 012 490 88 26 telefon nömrəsinə zəng vuraraq məlumat versinlər.

 

Gununsesi.info