Fariz Cəfərov işdən çıxdı

  • By admin
  • 25 Yanvar 2023 12:17

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) yanında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov işdən çıxıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fariz Cəfərov özü məlumat yayıb.

Qeyd edək ki, Fariz Cəfərov 10 il agentlikdə müxtəlif vəzifələrdə çalışıb, pandemiya zamanı SMS icazə sistemi, COVİD pasportlarının ticarət obyektləri, restoran və digər obyektlərdə oxunması üçün yaradılan layihələrə rəhbərlik edib.

Gununsesi.info