Şovinist “lider”dən skandal açıqlama - "TÜRKİYƏYƏ DÖNÜN"

  • By admin
  • 18 Aprel 2017 11:45

unnamed (3)

“Hollandiyada yaşayan Türklər ölkəni tərk etməlidirlər”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Hollandiyada ifrat sağçı, irqçi və şovinist Azadlıq Partiyasının lideri Qert Vilders “Tvitter” hesabında referendum nəticələri barədə yazdığı şərhdə belə deyib.

Q. Vilders bildirib ki, Hollandiyada yaşayan türklərin 71 faizi Konstitusiyaya dəyişikliyin qəbul olunmasına “əvət” deyib: “Əvət” deyən seçicilər toplu şəkildə Türkiyəyə geri dönməlidirlər” -, deyə əlavə edib.

Q. Vildersinin sözlərinə görə, Türkiyə daha çox İslamofaşzimi və totalitarizmi seçdi: “Hollandiyada yaşayan türklərin 71 faizi isə buna “əvət” dedilər”.

Anar
Gununsesi.info