Fateh Terimlə dava edən kababçıya heykəl qoydular - FOTOLAR

  • By admin
  • 01 Sentyabr 2017 13:00

 

59a90a4f0f25442a74e66a30

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İncəsənət Universitetinin bir qrup tələbəsi Çeşme Alaçatıda Türkiyənin Milli komandasının rəhbəri Fatih Terim ilə dava edən kababçı Səlahəddin Aydoğduya heykəl qoyub.

Bir neçə ay əvvəl baş verən hadisədən sonra istefa verən Terim ilə bağlı söz-söhbətlər yenicə gündəmdən düşmüşdü ki, tələbələr bu heykəl ilə məsələni yenidən qabartdılar.

Heykəlin üstündəki “Türkiyə futbolunun taleyini dəyişən adam” ifadəsi isə xüsusilə diqqəti cəlb edib.

Gununsesi.info həmin fotoları təqdim edir.

59a90a4f0f25442a74e66a30

 

59a9076f2269a2208841a1e0

Gununsesi.info