Türkiyə millisinin baş məşqçisi Fatih Terim tərcüməçiyə əsəbiləşib.
Gununsesi.info xəbər verir ki, İspaniya “Avro-2016” oyunu öncəsi keçirdiyi mətbuat konfransında təcrübəli mütəxəssis ona ünvanlanan türkcə sualın ingilis dilinə çevrilməməsindən narazı qalıb. O, sualın nə üçün ingilisçəyə tərcümə olunmaması ilə maraqlanıb. Bu zaman tərcüməçi sualın türkcə verildiyini, bu səbəbdən də tərcüməyə ehtiyac görmədiyini söyləyib.
Bundan sonra isə Terim “Burda bu qədər əcnəbi var” deməklə tərcüməçiyə etirazını bildirib və qulaqcığını çıxararaq mətbuat konfransını tərk edib. (Qol.az)
https://www.youtube.com/watch?v=yfqoz078cU4