Fatih Terim: “Sınaqdan üzüağ çıxacağıq”

  • By admin
  • 25 Mart 2020 21:45

“O qədər gözəl və xüsusi hisslər keçirirəm ki, hər duanı ürəyimdə hiss edirəm”.

Gununsesiaz.info-nun məlumatına görə, bunu koronavirusa yoluxan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim bildirib.

Martın 23-də testlərinin nəticəsi müsbət çıxan və xəstəxanaya aparılan təcrübəli mütəxəssis sosial şəbəkə vasitəsilə vəziyyətinin yaxşı olduğunu yazıb: “Bu, hamımız üçün sınaqdır. Dualarınızla, gözəl arzularınızla sınaqdan üzüağ çıxacağıq. Hazırda yaxşıyam, inşallah, daha da yaxşı olacağam. Əlim ürəyimdə hər birinizə təşəkkür edirəm”.

Qeyd edək ki, “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak da koronavirus infeksiyasına yoluxub.

 

 

 

Gununsesiaz.info