Fatih Terimin Bakıdakı mətbuat konfransının vaxtı açıqlandı

  • By admin
  • 14 Sentyabr 2020 21:21

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-si saat 20:00-da Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu öncəsi komandaların keçirəcəyi son məşqin və mətbuat konfranslarının vaxtı dəqiqləşib.

Gununsesi.info xəbər verir ki, əvvəlcə “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Tədbir sentyabrın 16-sı BOS-da baş tutacaq və saat 18:00-da başlayacaq. Saat 18:30-da “sarı-qırmızılar”ın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək. Həmin gün BOS-da “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı, həmçinin komandamızın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:00-da, məşq isə saat 19:45-də başlanacaq.

Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqi “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

 

Gununsesi.info