
Futbol şərhçisi Erman Toroğlu baş məşqçi Fatih Terimlə bağlı gündəmi alt-üst edəcək iddialarla çıxış edib.
Gununsesi.info xəbər verir ki, futbol şərhçisi Erman Toroğlu “Sky Spor” Youtube kanalına açıqlamasında baş məşqçi Fatih Terimin millidən qovulmasının səbəbini açıqlayıb.
Toroğlu Fatih Terimin qovulması ilə bağlı bunları deyib: “Əvvəllər Fatih Terim “Qalatasaray”ın baş məşqçisi idi, gecə 2-3-də futbolçular əylənməyə gedir. Hesab istəyirlər, Fateh bundan xəbər tutur, deyir hesabı onlardan almayın, mən ödəyəcəm. Futbolçular hesabı ödəmək istəyəndə deyirlər ki, Fatih bəy sizin hesabınızı ödəyib.
Amma həmin Fatih Terim milli komandanın məşqçisi olanda jurnalistləri döyənləri təyyarədən atıb qova bilmədi. Axşam qumar oynayanları, səhər saat 10-da məşqə çıxa bilməyənləri heyətdən xaric edə bilmədi.
Ona görə də getdi. Bu işlər belədir, hoca. Digər tərəfdən, bunu etsən, böyüyəcəksən, bunu edə bilməyəcəksənsə, gedəcəksən”.
Səid
Gununsesi.info