Fatimə keçmiş qaynanasından danışdı -Qəndi, yağı məndən gizlədirdi

  • By admin
  • 30 May 2016 22:52

reqqsa

Rəqqasə Fatimə Fətəliyeva 16 yaşında dəlicəsinə eşq yaşamasından və uğursuz baş tutan ailə həyatından danışıb.  BiG.AZ xəbər verir ki, “ATV maqazin onlarla” verilişində qonaq olan rəqqasə çətin günlərini göz yaşları içində xatırlayıb: “O insanla ailə qurmaq üçün mən özümü öldürə də bilərdim. Dərmanlar da içmişəm. Beynimdə ancaq bir fikir var idi, ondan başqa heç nə görmürdüm. Sonra valideynlərim də vəziyyəti gördü, bizə elçi gəlməyə icazə verdilər. 16 yaşım olmasına rağmən nişanlandım. Və problemlər nişandan sonra başladı. Oğlanın özündə problem yox idi, amma valideynlər arasındakı problemlər bizə də problemlər yaratdı. Nişan gələndən sonra adət-ənənələrimiz var axı. Qurbanlıq gəlməli idi, amma gəlmədi. Anam da əsəbiləşirdi ki, axı olmaz belə. Ailələr arasında problemlər böyüyürdü və ona görə də qoşuldum oğlanla qaçdım. Toyumuz da oldu. Və artıq, 4-cü mikrorayonda -sevdiyim insanın ailəsi ilə yaşamağa başladıq. Həm qadın salonunda işləyirdim, həm də ailəmə baxırdım. Amma yenə də çatmırdı. Çox əziyyət çəkirdim. İnsan kasıb ola bilər, amma gərək qəlbin qara olmasın. Mən o ailədə yaşayanda həm maddi, həm də mənəvi tərəfdən çox əziyyət çəkdim. Qaynana mehribanlığı görmədim. Bizə problemlər yaradırdılar, mənə əziyyət verirdilər. Adi yağı, suyu məndən gizlədirdilər. Qaynanam kartofları gizlədirdi. Sabunu mənə vermirdilər ki, get anangil imkanlıdır, oradan gətir. Sonra yoldaşım gördü ki, mümkün deyil, kirayə ev tutdu…İmkanımız yox idi, o evin pulunu da atam-anam verirdi. 1-2 ay normal yaşadıq, sonra Aydan dünyaya gələndən sonra atam-anamgildə qaldım. Bizim aramızda soyuqluq yarandı. Qərar verdim ki, biz ayrılmalıyıq”.