Fatimə Mövlamlı və Nicat İsmayıl sərbəst buraxıldı - Yenilənib

***

16:19

Bloger Fatima Mövlamlı və ictimai fəal Nicat Ismayıl Qəbələdə polis tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Gununsesi.info -ya bildirilib ki, ictimai yerdə nalayiq hərəkətlərə görə onlar polis şöbəsinə dəvət olunublar.

“İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək”, – məlumatda deyilir.
 
***
17:46
 
Qəbələdə ictimai qayda pozuntusuna yol verdiyinə görə saxlanılan şəxslər sərbəst buraxılıblar.
Bu barədə Gununsesi.info -ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Qeyd olunub ki, onlarla profilaktik iş aparılıb və sərbəst buraxılıblar.