“Fatimeyi-Zəhra” məscidi istifadəyə hazırdır – Bəs nə vaxt AÇILACAQ?

  • By admin
  • 18 Avqust 2021 11:50

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Fatimeyi-Zəhra” məscidinin inşası yekunlaşıb. Dini ibadət ocağı artıq istifadəyə tam hazırdır.

Komitədən bildirib ki, “Fatimeyi-Zəhra” məscidinin açılış vaxtı dəqiqləşməyib:

“Düzdür, məscid istifadə üçün hazırdır. Lakin nə zaman istifadəyə veriləcəyi bilinmir. Bu barədə məlumat olduğu zaman ictimaiyyətə bildiriləcək”.

Qeyd edək ki, bir müddət əvvəl “Fatimeyi-Zəhra” məscidinin tikintisi yarımçıq dayandırılmışdı. Suraxanı rayon İcra Hakimiyyəti məscidin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdı, lakin dindarların etirazından sonra tikinti prosesinə icazə verildi.

Gununsesi.info