Gununsesi.info APA-ya istinadən xəbər verir ki, komitə rəsmisi son günlərdə “Fatimeyi-Zəhra” məscidinin guya söküləcəyi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar yayılıb: “Bildiririk ki, bəzi şəxslərin və qrupların sosial şəbəkələrdə məqsədli şəkildə yaydığı, tirajladığı bu məlumatın əsası yoxdur. Əksinə, “Fatimeyi-Zəhra” məscidi ilə bağlı vaxtilə yaranmış məsələ artıq həllini tapıb. Bakı Şəhəri İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyəti nəticəsində məscid 25 sot ərazisi ilə birgə yerli bələdiyyə tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin tam istifadəsinə veriləcək. Hazırda məscid yarımçıqdır və orada nə rəsmi dini icma, nə də rəsmi din xadimi fəaliyyət göstərir. Lakin bundan sonra Qafqaz Müsəlmanları İdarəsi məscidin tikintisini başa çatdıracaq, dini icması yaradılacaq və rəsmi din xadimi təyin olunacaq”.

Gununsesi.info