Fatma Mahmudova: “Bəlkə sən inandırıcı öpüşə bilmirsən?” - "İstədiyim pulu versələr, yatağa girərəm" deyən aktrisaya

  • By admin
  • 18 İyun 2016 14:37

cc952335-5da2-4f4b-9b3f-5bdf52db1dc3

 

 

Xəbər verdiyimiz kimi gənc aktrisa Mələk Heydərovanın “istədiyim pulu versələr, yatağa girərəm” müsahibəsi cəmiyyətdə geniş rezonans doğurub. Gununsesi.info bununla bağlı aktrisa Fatma Mahmudovanın fikirlərini öyrənib.

”Bu sənət elə bir sənətdir ki, pula baxmamalıdır. Mən o qızı tanımıram. 50 ildir sənətdəyəm, hələ bir dəfə də olsun pul davası etməmişəm. Əvvəl bir ekrana çıx, hansısa yadda qalan rolun olsun, ondan sonra pul barədə düşünə bilərsən. Rejissor sənə o qədər pulu niyə verməlidir? Hansı rolunu görüb səni o məbləğə filmə dəvət etməlidir. Bəlkə sən heç inandırıcı öpüşə bilmirsən? Sofi Lorensən məgər ki, o məbləğdə qonarar istəyirsən? Biabrçılıqdır. Mənim bu məsələyə  gülməyim gəlir. Dünən doğulublar, bu gün aktrisalıqdan, puldan danışırlar”- , deyə o qeyd edib.

Sevinc Xeyrullayeva