Fatma Mahmudova xəstəxanadan evə buraxıldı

  • By Admin2
  • 13 Fevral 2025 13:00

İnsult keçirən xalq artisti Fatma Mahmudova müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Report-a aktrisanın qızı Nigar Tofiq məlumat verib.

Onun sözlərinə görə, anasının səhhəti yaxşılaşır:

“Özünü yaxşı hiss edir. Hazırda müalicəsi evdə davam etdirilir”.

Qeyd edək ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinə yerləşdirilmişdi.

Gununsesi.info