“Favorit” market velosiped yolunu “işğal” edib - FOTO+VİDEO

  • By admin
  • 07 Avqust 2017 13:54

1483521211171.favorit_400x300

Bura bir neçə gün öncə açılışı olan Binəqədi – Novxanı yoludur. “Azəravtoyol”un təşəbbüsü ilə yolda velosipedçilər üçün xüsusi zolaq ayırılıb və yolun bu hissəsi işarələnib. Amma təəssüf ki, yolun kənarında olan “Favorit” market velosipedçilərin zolağını “işğal” edib və alış-verişə gələnlər üçün dayanacaq yaradıb.

Məlum məsələdir ki, öz zolağında olan velosipedçi hərəkətinə davam etmək üçün marketin qarşısında xətlənmiş zonada dayanan avtomobillərə görə əsas yola çıxmaq məcburiyyətindədir. Bu isə açıq-aşkar qəza riskinin yaranması deməkdir.

Gununsesi.info həmin yoldan görüntünü təqdim edir:

 

20707768_10207648057718035_604762439_n

Gununsesi.info