Fazil Məmmədov əmlakını satışa çıxarıb - BU İŞLƏ SABİQ NAZİRİN BACISI OĞLU MƏŞĞUL OLUR

  • By admin
  • 29 Yanvar 2018 10:42

Sabiq vergilər naziri Fazil Məmmədov bahalı avtomobillərini satmağa başlayıb.

Gununsesi.info bakıpost.az-a istinadən xəbər verir ki, keçmiş nazir bu avtomobillərini bazar qiymətindən xeyli ucuz təklif edir.

F.Məmmədovun yaxın ətrafından sızdırılan xəbərə görə, bu günlərdə keçmiş nazirin Şəmkirdəki evinin qarajında saxlanılan “Land Rover Diskoveri” maşını satılıb. Avtomobilin 65 000 manata satıldığı bildirilir.

Qeyd olunur ki, avtomobillərin satışı ilə sabiq nazirin bacısı oğlu məşğul olur.
Keçmiş nazirin təkcə avtomobillərini deyil, bir neçə mülkünü də satışa çıxardığı bildirilir.

Gununsesi.info