Fazil Məmmədov Azərbaycanda “Offşor zonalar”ın yaradılmasının əleyhinədir

  • By admin
  • 14 Dekabr 2016 14:46
fazil_m%c9%99mm%c9%99dov
“Offşor zonalar”ın yaradılmasındansa iqtisadiyyatın daha səmərəli inkişafı məqsədi ilə digər formalar seçmək lazımdır.
Gununsesi.info xəbər verir ki,  bunu vergilər naziri Fazil Məmmədov  Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputatların “Offşor zonalar” yaradılması   ilə bağlı səsləndirdiyi fikirlərə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, “Offşor zonalar”ın Azərbaycanda yaradılmasına lüzum yoxdur:
“Bu gün dünyanın sivil ölkələri iqtisadiyyatlarını daha da inkişaf etdimək məqsədi ilə normal və şəfafa uçot sistemini tətbiq edirlər. Bizim də belə bir praktikanı tətbiq etməyimiz daha yaxşı olardı”.
Nazir onu da əlavə edib ki, “Offşor zonalar”dansa Azad İqtisadi Zonaların, Sənaye Parklarının yaradılması daha məqbuldur.
“Artıq ölkə başçısının tapşırığı ilə  ölkə ərazisində  sənaye məhəllələri və sənaye parkları yaradılır. Sahibkarlar bu ərazilərdə fəaliyyət göstəməklə, güzəştlər əldə edə bilər. Gələcəkdə sahibkarları daha da stimullaşdırmaq məqsədi ilə onlara daha uzunmüddətli güzəştlər tətbiq edilə bilər”– deyə, nazir vurğulayıb.
Nazir onu da əlavə edib ki,  sahibkarların stimullaşdırlması məqsədi ilə onlara verilən güzəşt müddətinin uzadılmasına gələcəkdə baxmaq olar və bu, istisna deyil: “Yəqin ki, bu məsələyə gələcəkdə baxılacaq”.
 Mürtəza 
Gununsesi.info