Fazil Məmmədovun iki şöbəsi ləğv olundu

  • By admin
  • 06 Yanvar 2017 10:55

fazil_m%c9%99mm%c9%99dov

Vergilər Nazirliyinin iki şöbəsi ləğv edilib.

Gununsesi.info azadlıq.info-ya istinadən məlumat verir ki, ləğv edilən şöbələrin bazasında mərkəzlər yaradılıb.

Məlumata görə, ləğv edilən analitik-informasiya şöbəsinin əvəzində Media və Kommunikasiya Mərkəzi, informasiya texnologiyaları şöbəsinin əvəzində isə İnformasiya Texnologiyaları Mərkəzi yaradılıb.

Media və Kommunikasiya Mərkəzinin rəhbəri Mehdi Mirsəlimov, İT Mərkəzinin rəhbəri isə Eyyub İbrahimov təyin edilib.

Qeyd edək ki, hər iki şəxs ləğv edilən şöbələrin rəisləri olub.

Gununsesi.info