Fazil Məmmədov özünə yeni müşavir təyin etdi

  • By admin
  • 05 Dekabr 2016 09:53

fazil_m%c9%99mm%c9%99dov

Vergilər naziri Fazil Məmmədov Mahir Rəfiyevi özünə müşavir təyin edib.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, bununla da vergilər nazirinin müşavirlərinin sayı 10-a çatıb. Qeyd edək ki, M.Rəfiyev buna qədər nazirliyin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi olub.

Yeri gəlmişkən, Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi vəzifəsinin icrası nazir müşaviri Ələkbər Məmmədova tapşırılıb.

Gununsesi.info