Fazil Məmmədov referenduma niyə getmədi? – “Səhhəti qaydasındadır”

  • By admin
  • 27 Sentyabr 2016 19:11

fazil_m%c9%99mm%c9%99dov

 

Xəbər verdiyimiz kimi, Vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlə əlaqədar dünən keçirilən referendumda səsvermə məntəqəsinə gedə bilməyib.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, Fazil Məmmədov hazırda iş başındadır. Şöbədən əlavə edilib ki, nazirin səhhəti qaydasındadır.

Xatırladaq ki,  Gununsesi.info-nun verdiyi məlumata görə, səs vermək üçün 29 saylı Səbayil seçki dairəsinin 15 saylı məntəqəsindən F.Məmmədova bülleten və səsvermə qutusu göndərilib.

 

Gununsesi.info