Fazil Məmmədov səfir təyin olunur- MİLYONLUQ MÜLKLƏRİNƏ NƏZARƏT EDƏ BİLƏCƏK

Fazil Məmmədov səfir təyin olunur

Məlumata görə, keçmiş vergilər naziri Litvada, Vilnüs şəhərində “Holiday inn” və “EK Hotel” kimi tanınan məşhur otellərə, başqa daşınmaz əmlak və restoranlara sahibdir.

Bir müddət əvvəl vergilər naziri vəzifəsindən çıxarılan Fazil Məmmədov səfir təyin oluna bilər.
Gununsesi.info xəbər verir ki, bakupost.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri olan keçmiş nazir bunun üçün bütün əlaqələrini işə salıb. İddia olunur ki, hətta F.Məmmədovun səfir təyin olunması üçün razılıq əldə olunub və bu post məhz bu səbəbdən boşaldılıb və hələ ki təyinat yoxdur.
Məlumata görə, keçmiş vergilər naziri Litvada, Vilnüs şəhərində “Holiday inn” və “EK Hotel” kimi tanınan məşhur otellərə, başqa daşınmaz əmlak və restoranlara sahibdir. O, həmin mülklərini əlində saxlamaq və onlara yaxından nəzarət etmək üçün diplomatik karyeradan faydalanmağa çalışır.
Xatırladaq ki, Həsən Dilsuz oğlu Məmmədzadə dekabrın 8-də Azərbaycan Respublikasının Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb və Tacikistan Respublikasına səfir təyin edilib.
Gununsesi.info

COMMENTS