Fazil Məmmədovun işdən qovduğu şəxsə- MİKAYIL CABBAROV VƏZİFƏ VERDİ (FOTO)

Fazil Məmmədovun işdən qovduğu şəxsə

Vergilər Nazirliyində yeni təyinat olub.
Gununsesi.info report-a istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarov Manaf Bayramovu özünə yeni müşavir təyin edib.
O, vaxtilə Bakı Vergi Departamentinin rəisi olub. III dərəcəli vergi xidməti müşaviri 2005-ci ilin noyabrında keçmiş vergilər naziri Fazil Məmmədovun əmri ilə vəzifəsindən azad edilib. Həmin vaxt nazirlik M.Bayramovun işdən çıxarılmasına səbəb kimi onun nizam-intizam qaydalarını pozmasını, həmçinin 2005-ci ilin sentyabr-oktyabr ayları ərzində vergi daxilolmaları üzrə proqnozu yerinə yetirə bilməməsini göstərib.
Gununsesi.info

COMMENTS