Fazil Mustafa Ədalət Vəliyevlə görüşüb

Bu gün Prezident Adminstrasiyasında Parlamentlə və siyasi partiyalarla əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın  siyasi partiyalarla dialoq formatında təkbətək gürüşü olub.

 Gununsesi.org bildirir ki, F.Mustafa öz sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, Ə. Vəliyev ilk öncə 15 iyul 2020-ci ildə keçiriləcək Böyük Quruluş Partiyasının VI Qurultayı münasibəti ilə bütün partiya üzvlərinə təbriklərini çatdırıb: 

“Ölkə prezidentinin siyasi partiyalaiın inkişafı, siyasi münasibətlərin daha sağlam zəmində formalaşması istiqamətində tapşırıqlarına uyğun olaraq hər bir partiya ilə münasibətlərin açıq, şəffaf və demokratik prinsiplərə uyğun qurulmasının vacibliyinə diqqət yetirdi. Partiyamıızın ölkənin ictimai-siyasi həyatında və Milli Məclis müstəvisində fəaliyyətinin konstruktiv müxalifətçiliyə əsaslandığını, sağlam tənqid və təkliflərimizin Azərbaycan hakimiyyəti tərəfindən diqqətə alındığını xüsusi olaraq qeyd etdi. Biz də qarşılıqlı olaraq ölkədə başlanan diaolq prosesində ən fəal rol alacağımızı bildirərək, son vaxtlar sağlamlaşan iqtidar-müxalifət münasibətlərinin dövlətçiliyimiz üçün vacib olduğunu vurğuladıq. Son vaxtlar yeni siyasi partiyaların qeydə alınmasının ölkədə siyasi plüralizmin inkişafına töfhə verəcəyini qeyd edərək bu cür hüquqi maneələrin ortadan qaldırılmasının qarşılıqlı etimadın güclənməsinə təkan verəcəyini ifadə etdik. Görüşdə Ermənistanın torpaqlarımızı işğalı və Dağlıq Qarabağ məsələsində BQP-nin mövqeyi ilə bağlı da müzakirələr apardıq. Ə.Vəliyev bu cür müzakirələrin bütün siyasi partiyalarla aparıldığını və qalıcı bir proses olacağını bir daha bildirdi. Bizim də BQP olaraq dövlətçiliyimizin maraqlarının təmin olunması üçün bir müxalifət partiyası olaraq üzərimizə düşən vəzifəni hər zaman həssaslıqla yerinə yetirəcəyimizi qeyd etdim”.
 

Gununsesi.org