Fazil Mustafa: “Əli Əliyevlə bağlı fərqli qərar verilə bilərdi” - AZƏRBAYCANA TƏZYİQ ÜÇÜN BƏHANƏ VERİRİK

  • By admin
  • 23 Noyabr 2022 11:08

VİP sədri Əli Əliyevin təcridxanada yenidən cinayət məsuliyyətinə cəlb olunması və onun cəzasının üzərinə  3 il 6 ay əlavə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Əli Əliyevə qarşı ittihamın qurma olduğunu deyən hüquq müdafiəçiləri hökuməti insan haqlarına hörmət etməyə çağırıb.

 

BQP başqqanı, millət vəkili Fazil Mustafa Gununsesi.info-ya açıqlamasında bildirib ki, bu cür hadisələr Azərbaycanın beynəlxalq aləmdə əleyhinə işləyir:” Düşünürəm ki, Əli Əliyevlə bağlı fərqli qərar vermək olardı. Yəqin ki, bu hökmdən Azərbaycana qarşı istifadə olunacaq. Onsuz da ölkəmizi sevməyən xarici dairələr çoxdur. Biz onların əlinə bəhanə verməməliyik”. 
Fazil Mustafanın fikrincə, hökumət insan haqları məsələsinə kompleks yanaşma ifadə etməlidir:”Təkcə Əli Əliyevdən söhbət getmir. Həbsdə olan bir qrup insan var. Mən demirəm ki, xaricdə oturan və qərəzli olan hüquq müdafiəçilərinin siyahısına istinad edək. Kifayyət qədər konstruktiv mövqeyi olan hüquq müdafiəçilərimiz var. Novella Cəfəroğlu, Səadət Bənəniyarlı və Səidə Qocamanlının hazırladığı 27 nəfərlik siyahı var. Həmin siyahıdakı insanları azad etməklə, ölkəmizə qarşı bəhanələri aradan qaldıra bilərik”.

Afət Abbasova

Gununsesi.info