Fazil Mustafa: “35 min nigahdan 14 600 –ü isə boşanma ilə nəticələnib” - SƏBƏB ƏHALİNİN DURUMUDUR

  • By admin
  • 16 Mart 2021 17:01

Hökumətin ötən ilin yekunlarına dair parlamentə hesabatının müzakirəsi zamanı deputat Fazil Mustafa cəmiyyəti narahat edən problemlərdən danışıb.

Gununsesi.info xəbər verir ki, millət vəkili çıxışında Azərbaycanda əhalinin sosial vəziyyətinin pisləşdiyini deyib:

“Vətəndaşların  problem çox acınacaqlı vəziyyətdədir. Bunun bariz nəticəsi ötən il baş verən boşanmaların statistikasında əks olunub: “Belə ki, ötən il 35 min nikah bağlanıb. Nikahlardan 14 600 –ü isə boşanma ilə nəticələnib. Bu da sosial vəziyyətin ağırlığının göstəricisidir”.

Onun sözlərinə görə, ölkədə pilot layihələr iflasa uğrayıb: “Bu da koronavirusun yaratdığı fəsadlardır. Əksər yerlərdə vətəndaş da, sahibkar da pis vəziyyətdədir”.

Gunay

Gununsesi.info