Fazil Mustafa: “Azərbaycan və Türkiyənin Gürcüstana dəstəyi azala bilər”

  • By admin
  • 28 İyul 2016 18:30

fazil

 

Bu il Gürcüstanda Azərbaycan türklərinin 8-ci  Elat Bayramını qeyd etməsinə imkan verilmədi. Gununsesi.info xəbər verir ki, məsələni millət vəkili  Fazil Mustafa öz facebook səhifəsində belə şərh edib: “Gürcüstan hakimiyyəti Dmanisidə illədir keçirilən dostluq-qardaşlıq bayramını, milli kültür hadisəsini əngəlləməyə qərar verdi. Bayramın formatını əsasssız yerə dəyişərək azərbaycanlılarla əlaqəsi olmadığını göstərməyə çalışdırlar. Halbuki burada ancaq iki xalq arasında dostluq mesajlarıının paylaşımındn, türklərlə gürcülərin birgə hədəflərindən başqa hansısa mesaj duymaq mümkün deyildi. Bu məsələ ilə bağlı ictimaiyyət nümayəndələri həm ölkə prezidenti cənab İlham Əliyevə və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğana müraciət etməlidirlər. Rəsmi Gürcüstanın bu dostcasına olmayan davranışını ən yüksək səviyyədə diqqətə çatdırmaq lazımdır. Gürcüstan hökuməti görsə ki, Azərbaycanın və Türkiyənin rəsmi məqamları Borçalı türklərinin adi mədəniyyət tədbirinə dözümsüz yanaşılmasına görə hər iki dövlətin Gürcüstana dəstəyi azala bilər, o zaman özləri lazımi nəticələr çıxaracaqlar”.

 

Gununsesi.info