
Deputat Fazil Mustafaya sui-qəsd cinayətindən sonra aparılan həbs dalğasında onun qonşusu Yunis Quliyev də tutulub.
Ancaq Yunis Quliyev bir il həbsdə saxlanılsa da bəraət alıb.
Qeyd edək ki, bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.
Qeyd edək ki, məhkəmə prosesində Yunis Quliyev deputata sui-qəsd cinayətindən sonra narkotiklə tutulduğunu deyərək, əlavə edib ki, cinayət günü kameraya düşən qadının onun həyat yoldaşı olması ilə bağlı etiraflar etsin.
Gununsesi.info -ya açıqlamasında isə deputat Fazil Mustafa qonşusunun ona görə həbs edildiyini düşünmür.
Deputat bildirib ki, ona qarşı sui-qəsd işində həbs olunanlar hamısı məhkəmə qarşısındadır:
“Heç kim azad olunmayıb,hələ məhkəmə prosesi davam edir. Onlarla adam hansısa bir motivlərlə tutulubsa,bunun qəsd işinə nə əlaqəsi var? Belə bir ad ümumiyyətlə, qəsd işində hallanmayıb. Hansısa bir motivlərlə tutulubsa və sonradan bəraət alırsa,bunun bizim işimizə dəxli yoxdur.
Mənə qarşı cinayətdə 5 nəfər həbs olunub və bu işin təşkilatçılarından bir qismi də İrandadır və adları bəllidir. Belə bir adamın adı o işdə heç vaxt keçməyib. Ona görə də belə suallar hər halda istintaqda səslənməlidir ki, kimliyi bilinsin. Onu dəqiqləşdirmək lazımdır. Belə bir adamı mən tanımıram və ümumiyyətlə hansısa bir şəkildə ola bilsin ki, başqa motivlərlə tutula bilər. Amma bu bizə qarşı sui-qəsdlə bağlı məsələ deyil.Onun həbsi mənə qarşı sui-qəsd cinayətindən sonraya təsadüf edə bilər, amma adam başqa cinayətdə ittiham olunur. Mənə qarşı cinayət törədənlərin isə hazırda məhkəməsi gedir”.
Sənan Qurbanlı