
“Ötən gün Böyük Quruluş Partiyasının başqanı kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevin dəvəti ilə Prezident Administrasiyasında görüşdə oldum”.
Bu sözləri Gununsesi.org-a açıqlamasında BQP başqanı Fazil Mustafa söyləyib.
Onun sözlərinə görə, PA da bir sıra məsələlər ətrafında müzakirələr aparılıb:
“Partiyanın fəaliyyəti, parlament çalışmalarımız, iqtidar və müxalifət partiyaları arasında münasibətlər mövzusunda səmərəli söhbətimiz oldu”.